Oktyabrın 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104011777 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9 faiz) və 93.5349 AZN (6.95 faiz) olan 23 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.1623 AZN (7.3799 faiz), orta ölçülmüş qiyməti 93.2255 AZN (7.3068 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 889 min 100 manat, yerləşdirilmiş həcmi isə 37 milyon 500 min manat təşkil edib. İstiqrazlar gələn il oktyabrın 12-də ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 14-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.