"Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəliləyir. Azərbaycanın şanlı ordusu torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq".
Millət vəkili Vüqar Bayramov bildirib ki, işğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını əhatə edən Yuxarı Qarabağ iqtisadi rayonu bərpadan sonra kifayət qədər yüksək iqtisadi potensiallı ərazi hesab olunur. Ümumi sahəsi 7248 kvadratkilometr olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4 faizini təşkil edir: "Polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. İşğaldan azad olunandan sonra həmin ərazilərin yüksək turizm potensialı da yaradılacaq".
Fərqanə ALLAHVERDİQIZI