Almaniya Futbol Federasiyasında vergidən yayınma ilə bağlı yoxlama keçirilir

2020.10.14 14:01 (UTC+04:00)

Ölkə mətbuatının Frankfurt prokurorluğuna istinadən yaydığı xəbərə görə, Almaniya Futbol Federasiyasının (DFB) Frankfurtdakı mərkəzində və Federasiyanın bəzi məsul şəxslərinin evlərində vergi qaçaqlığı ittihamı ilə axrarışlar aparılmağa başlayıb.

Hessen, Bavyera, Şimali Ren Vestfaliya, Aşağı Saksoniya ve Reynland-Pfalz əyalətlərində aparılan yoxlamalarda polis və vergi məmurlarından ibarət 200 nəfərlik qrup fəaliyyət göstərir.

İddiaların 2014-15-ci illərdə Almaniya milli futbol komandasının ölkədə oynadığı oyunlar zamanı meydanların kənarındakı lövhələrdə nümayiş etdirilən reklamlarla bağlı olduğu bildirilir. Artıq bu məsələ ilə bağlı hazırda iş başında olan altı, eləcə də bir nəfər keçmiş yüksək vəzifəli şəxsə qarşı təhqiqat başladılıb. Bu şəxslər lövhələrdə göstərilən reklamlardan əldə edilən gəlirləri qəsdən səhv bəyan etməklə başqa istiqamətə yönəltməkdə ittiham edilir: bu yolla 4,7 milyon avro vəsait vergidən yayındırılıb.