Bu gün Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda forum öz işinə başlayıb. Tədbirə dövlət qurumlarının, beynəlxalq təşkilatların, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar və iş adamları qatılıb.
Vergilər naziri Mikayıl Cabbarov forumda çıxış edib.
Forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilən dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri və onun gələcək perspektivlərini müzakirə etməkdir. Eyni zamanda vergi islahatları və onların nəticələri ilə bağlı fikir mübadiləsi aparmaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində iş adamlarının, ictimaiyyət nümayəndələrinin təkliflərini dinləməkdən ibarətdir.