Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.10.07 14:58 (UTC+04:00)

Oktyabrın 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101583S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 725 milyon 888 min 100 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01 faiz), orta ölçülmüş qiyməti isə 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar noyabrın 4-də ödəniləcək.