Honkonq Gürcüstanla vergi sazişi imzalayıb

2020.10.08 14:35 (UTC+04:00)

Çin Xalq Respublikasının Xüsusi İnzibati Ərazisi olan Honkonq hökuməti Gürcüstan hökuməti ilə ikiqat vergitutmaya yol verməmək barədə saziş imzalayıb. "Çin tərəfindən irəli sürülmüş "Bir qurşaq, bir yol" təşəbbüsünə qoşulmuş Gürcüstan inkişaf etməkdə olan iqtisadiyyata malikdir, – Honkonq tərəfin açıqlamasında bildirilib. – Saziş iki yurisdikasiya arasında vergi hüquqlarının paylaşılmasını müəyyənləşdirir ki, bu da investorlara transsərhəd iqtisadi fəaliyyətləri zamanı öz potensial vergi öhdəliklərini daha yaxşı qiymətləndirməyə kömək edəcək və bununla da ikitərəfli ticarət və iqtisadiyyat əlaqələrinin inkişafına şərait yaradacaq".

Onu da qeyd edək ki, Gürcüstan Honkonq hökumətinin bu qəbildən saziş imzaladığı 45-ci ölkədir.