“Azeri Light” neftinin bir barelinin qiyməti 41,5 dollara çatır

2020.10.07 11:04 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,01 dollar artaraq 41,48 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub