Neftin qiyməti maydan bəri ən böyük gündəlik artım tempi göstərib

2020.10.06 15:56 (UTC+04:00)

Birjalarda neft qiymətləri may ayından indiyədək ən böyük gündəlik artım tempini nümayiş etdirib.

Neftin qiyməti ABŞ-da maliyyə təşviqinə dair nikbinlik, Prezident Donald Trampın COVID-19 müalicəsindən sonra xəstəxanadan ayrılması xəbərləri fonunda may ayından bəri ən böyük gündəlik artımını göstərib.

Neft bazarı, həmçinin Norveçdəki tətillər səbəbindən bəzi neft yataqlarının bağlanması nəticəsində hasilatdakı artımın bir qisminin kompensasiya edilməsi fonunda “OPEC+” koalisiyası və Liviyada tədarük artımı ilə mübarizə aparır.

Qeyd edək ki, “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 41,39 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 39,29 dollara satılır.