Belçikada kirayənişinə ƏDV tətbiq edilir

2019.02.17 14:25 (UTC+04:00)

Belçikanın Maliyyə Nazirliyi keçən ilin yanvar ayından vergi ödəyicilərinə xəbərdarlıq etmişdi ki, əlavə dəyər vergisi (ƏDV) rejiminə qoşula bilmək üçün onlar müəyyən əmlakı icarəyə verə və ya icarəyə götürə bilərlər. Bu qaydaya uyğun olaraq kommersiya məqsədləri üçün istifadə edilən torpağı və yeni və ya əsaslı şəkildə təmir olunmuş binanı icarəyə verən vergi ödəyiciləri əlavə dəyər vergisi tutmaq imkanı qazanacaqlar. Burada əsas şərt kirayə verənin vergi ödəyicisi olmasıdır.

ƏDV tətbiq etmək imkanı bütün icarə müddəti boyunca qüvvədə olacaq. ƏDV ilə bağlı dəqiqləşdirmənin aparılması üçün qaydalara əvvəllər 15 ildən sonra yenidən baxılması mümkün olduğu halda, indi qəbul edilmiş qaydalara 25 ildən sonra yenidən baxıla bilər. Dəyişikliklərin əsas məqsədi bundan ibarətdir ki, daşınmaz əmlak sahibləri tikinti və təmir üçün çəkdikləri xərclərin əvəzini ƏDV ilə ala bilsinlər. Əvvəllər qüvvədə olmuş qanunlara əsasən, Belçikada daşınmaz əmlakın icarəyə verilməsi ƏDV-dən azad edilir. Beləliklə, yeni qaydalara görə, öz əmlakını altı aydan artıq olmamaqla kirayəyə verən vergi ödəyiciləri kirayəçidən ƏDV tutmalıdır. Bu qanun yanvar ayının 1-dən qüvvədədir.