İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 5-i Yasamal rayonu A.M.Şərifzadə küçəsi,196 (Yeni ünvan sisteminə görə Məhəmmədşərif Həmidov kuçəsi, 56) ünvanında, oktyabrın 9-da isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137-ci məhəllə (Yeni ünvan sisteminə görə A.M.Şərifzadə küçəsi, 37) ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.