İndiyədək İspaniya məhkəməsi tərəfindən dünyanın bir çox məşhur idmançıları vergi yayındırdığına görə məsuliyyətə cəlb olunub. İndi həmin siyahıya Neymarın da adı salınıb.
2017-ci ildə Madridin "Barselona" klubundan Fransanın "Paris Sen-Jermen" (PSJ) klubuna transfer edilərək dünya futbol tarixinin ən bahalı oyunçusu olan Neymarın İspaniya xəzinəsinə vergi borcunun olduğu iddia edilir. İspaniya Vergi İdarəsinin açıqlamasında braziliyalı "ulduz"un vergi borcunun məbləğinin 34 milyon 624 min 26 avro olduğu göstərilir.
Xatırladaq ki, bu, Neymarın başına gələn ilk vergi qalmaqalı deyil. Ona öz ölkəsi Braziliyada 45 milyon avro vergi cəzası kəsilmişdi.