Türkiyədə internet reklamlarına vergi tətbiq olunması təkmilləşdirilir

2019.02.16 19:05 (UTC+04:00)

Vergi öhdəliyi daşıyıb-daşımamasından asılı olmayaraq, internet mühitində reklam xidməti göstərən və ya reklam verilməsinə vasitəçilik edən tam və ya qismən vergi öhdəliyi daşıyan real şəxslər ilə əlaqədar vergi tətbiqinin əsaslarında düzəliş edilib. Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin Gəlirlər İdarəsi rəhbərliyi tərəfindən hazırlanmış mənfəət vergisinin ümumi bildirişində dəyişiklik edilməsinə dair bildiriş "Rəsmi qəzet"də nəşr olunub.

Yeni qaydaya görə, mənfəət vergisindən azad olunmuş kooperativlərdə kənar əməliyyatlara vergi tətbiqi ilə bağlı dəyişiklik edilib. İnternet mühitində verilən reklam xidmətləri ilə bağlı bu xidməti göstərənlərə və ya internet mühitində reklam xidməti göstərilməsinə vasitəçilik edənlərə (ödəməni edən şəxslərin vergi öhdəliyinin olub-olmamasından asılı olmayaraq) edilən ödənişlər üzrə "Gəlir vergisi qanunu"na əsasən 15 faiz, "Mənfəət vergisi qanunu"na əsasən də 15 faiz vergi tətbiq olunmalıdır. Beləliklə, internet mühitində reklam xidməti göstərən və ya bu xidmətlərin göstərilməsinə vasitəçilik edən şəxslərə edilən ödəmələrdən tutulan vergi 15 faiz təşkil edəcək.