İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirilib

2020.10.01 19:46 (UTC+04:00)

Oktyabrın 1-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2049008686 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.

İstiqrazlar 2040-cı il aprelin 6-da ödəniləcək.