Neft Fondu sentyabrdakı valyuta hərraclarında 606,4 milyon dollar satıb
2020.10.01 17:04 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən sentyabr ayı ərzində valyuta hərraclarında 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.