Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2020.10.01 13:35 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Mərkəzi Bankdan bildirilib ki, AMB-nin valyuta ehtiyatları oktyabrın 1-nə 6 milyard 491,4 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 7,5 milyon dollar çoxdur.