Azexport.az portalının əhatə dairəsi genişlənir

2020.09.30 16:41 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu ilin ilk 8 ayında “Azexport.az” portalına 429,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.

\2020-ci ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 milyon dollar təşkil edib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 4,2 faiz çoxdur. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 avqust tarixinə kimi (44 ay ərzində) portala dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 14 milyon dollar olub.

Bu ilin sentyabr ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Mərkəz tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 133,7 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.