İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri “Socar Polymer” MMC tutub. Şirkət ilk 8 ayda 82,1 milyon dollar həcmində məhsul ixrac edib. İkinci yerdə olan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi isə 69,4 milyon dollarlıq ixrac gerçəkləşdirib. 8 ayda 59,8 milyon dollar məbləğində ixracla "Land Lojistic" MMC reytinqdə üçünçü olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Şirkət 8 ayda 90,7 milyon dollarlıq məhsul ixrac edib. "Azergold" QSC siyahıda ikinci olub. Şirkətin bu ilin 8 ayında ixracı 67,9 milyon dollara çatıb. Reytinqin üçüncü pilləsində isə "Azəralüminium" MMC gəlir (54,2 milyon dollar).