Bu ilin ilk 8 ayında 1,153 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edilib

2020.09.30 16:14 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2020-ci ilin sentyabr sayını təqdim edib. Hesabata əsasən, 2020-ci ilin ilk səkkiz ayında Azərbaycanın ixracı 9,9 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 153 milyon dollar dəyərində olub.

Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 450,3 milyon, Türkiyəyə 226,9 milyon, İsveçrəyə 138,5 milyon, Gürcüstana 92 milyon və Çinə 32,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 28,9 faiz, çay ixracı 0,2 faiz artıb.