“Azərkosmos” telekommunikasiya və optik peyk xidmətləri ixracını artırıb

2020.09.30 16:50 (UTC+04:00)

Yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən 30 ölkəyə 30,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında bildirilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

Cari ilin avqust ayında isə “Azərkosmos” 19 ölkəyə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirlikləridir.