Avqustda xarici vətəndaşlar ölkəmizdə bank kartları ilə 25,6 milyon manatlıq əməliyyatlar aparıblar

2020.09.30 15:25 (UTC+04:00)

Koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında bildirilir ki, bunun nəticəsində cari ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib.

Ümumilikdə isə yanvar-avqust aylarında əcnəbilər bank kartları vasitəsilə 328,3 milyon manatlıq əməliyyatlar aparıblar.