Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.09.30 13:32 (UTC+04:00)

Sentyabrın 30-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) 50101483S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 693 milyon 925 min 500 manat olub. ARMB-in qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. Notlar oktyabrın 28-də ödəniləcək.