Bugünkü valyuta hərracında tələb 62,2 milyon dollar olub

2020.09.29 12:45 (UTC+04:00)

Sentyabrın 29-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 62,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.