Aİ Ümumi Məhkəməsinin "Apple" haqqında qərarı mübahisələndirilib

2020.09.30 14:10 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Komissiyası Aİ Ümumi Məhkəməsinin "Apple" şirkətinin 13 milyard avrodan artıq vergi borcu olması iddiasını təmin etməyən qərarını etirazla qarşılayıb.

Aİ Komissiyası rəhbərinin müavini Marqaret Vestager "Apple" işi ilə bağlı Aİ Ümumi Məhkəməsinin iyul ayında çıxardığı qərarın hüquqi qüsurlarna görə Avropa Ədalət Məhkəməsinə veriləcəyini bildirib.

Qeyd edək ki, Aİ Komissiyası dünyanın ən varlı şirkətlərindən olan və mərkəzi ofisi ABŞ-da yerləşən "Apple" şirkətinin İrlandiyada təsis etdiyi törəmə şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı 3 il davam edən təhqiqatını 2016-cı ilin avqustunda başa çatdırmışdı.

Aİ üzvü olan bir ölkənin nə şəkildə dövlət dəstəyi göstərdiyini və sektorlarda rəqbətə zidd olan bir vəziyyətin olub-olmasdığını yoxlamaq səlahiyyətinə malik Avropa Komissiyası “Aplle” şirkəti ilə bağlı təhqiqatda şirkətin İrlandiyada faydalandığı vergi tənzimləmələrinin Aİ qanunlarına zidd olduğu barədə qərar vermişdi.

Komissiya şirkətin İrlandiyada faydalandırğı vergi tənzimləməsinin qanunazidd olduğu, 2003-cü ildən 2014-cü ilə qədər olan dövr ərzində 13 milyard avro vəsaitin və faizlərinin geri alınması barədə qərar çıxarmışdı.

"Apple" Aİ-ni birtərəfli hərəkət etməkdə və İrlandiyada keçmişdə qüvvədə olan vergi qanunlarını dəyişdirməkdə ittiham etmişdi. İrlandiya rəhbərliyi və şirkət Aİ Komissiyasının qərarına qarşı hüquqi proses başlatmışdı.

İşə, mərkəzi Lüksemburqda yerləşən Aİ Ali Məhkəməsinin Ədalət Divanı çərçivəsində fəaliyyət göstərən Aİ Ümimi Məhkəməsində baxılmış, məhkəmə Aİ Komissiyasının qərarını "Apple" şirkətinin lehinə ləğv etmişdi.