2020-ci ilin avqust ayında Azərbaycanda nağdsız ödənişlərin ümumi həcmi əvvəlki aya nisbətən artaraq 530 milyon manata çatıb. Mərkəzi Bankın aylıq hesabatında bildirilib ki, ötən ay qeyri-nağd ödənişlərin ümumi həcmi iyul ayı ilə müqayisədə 54 milyon manat artıb.
Artım daha çox POS-terminallar vasitəsilə reallaşdırılan ödənişlərdə baş verib. Avqustda ölkədaxili əməliyyatlarda həmin sektorun payı 179 milyon manata çatıb. İyulda bu göstərici 42 milyon manat təşkil edib. Bankomatlar vasitəsilə reallaşdırılan nağdsız ödənişlərin həcmi isə 3 milyon manat artaraq 24 milyon manata çatıb. İyulda bu göstərici 21 milyon manat olub.
Avqustda elektron ödənişlərin həcmi 14 milyon manat artaraq 327 milyon manata çatıb.