Azərbaycan avqustda 1,5 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2020.09.26 11:09 (UTC+04:00)

Avqustda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 538,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 789,7 milyon dolları idxalın, 748,9 milyon dolları isə ixracın payına düşüb.