İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 30,4 mindən çox ipoteka krediti verilib

2020.09.26 10:25 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 30 min 418 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 566 milyon manatdan çoxdur.