Sahibkarlıq subyektlərində monitorinqlər davam edir

2020.09.24 18:18 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 23-də keçirdiyi monitorinqlər zamanı Yasamal rayonunda “Məhsul kafesi”ndə, “Ceviz tea lounge” iaşə obyektində, “Chai rooms çayxana”da, “Lamanda restoranı”nda, Sabunçu rayonunda Həsən Ağayevə məxsus “Qutab evi”ndə, Nicat Əhmədova məxsus “Market”də, Suraxanı rayonunda “7 gözəl kafesi”ndə, Orxan Məmmədliyə, Ehtibar Hacıyevə məxsus tikinti materialları mağazalarında, Xətai rayonunda “Şah şərab evi”ndə, “Beer barel kafe”də, Binəqədi rayonunda “Endi market”də, “Məhəllə kafesi”ndə, “Beer town kafesi”ndə, “Uğur kafesi”ndə, Səbail rayonunda “Kəngərli kafesi”ndə, “Karaca geyim mağazası”nda, “Dress code geyim mağazası”nda, “Coffee station” iaşə obyektində, Nizami rayonunda “Organic kendchi restaurant”da, “Hira kafe”də, “Kafe Ayturan”da, Nərimanov rayonunda “Dahua mağaza”da, “Jasmin market”də, “Baku castle” iaşə obyektində, Xəzər rayonunda “Turqut inşaat” mağazasında, “Zəm-zəm restoranı”nda, Qaradağ rayonunda "Pivnuşka kafe”də, "Nur kafe”də, "Ləzzət kafe”də, “Vedi kafe”də, Nəsimi rayonunda “Elit kafe”də, Mehman Həsənova, Nemət Sadıqova, Azər Cəfərova məxsus pərakəndə ticarət obyektlərində, Sumqayıt şəhərində “Nizami kafesi”ndə, “Barjomi kafesi”ndə, “Ana və uşaq kafesi”ndə, Abşeron rayonunda “Halal market”də, "Yaşıl bazar meyvə-tərəvəz satışı” ticarət obyektində, “Palma çay evi”ndə, “Hunkar sofrası” iaşə obyektində, ümumilikdə 127 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.