İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat icmalı" "Doing Business" hesabatında müqavilələrin icrası indikatoru üzrə Azərbaycanda aparılan islahatlara həsr olunub.
"Elektron məhkəmə" sistemi əsasında proses iştirakçıları arasında bütün məlumat mübadiləsi elektron şəkildə aparılır və şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericilik daha da təkmilləşdirilib. Bundan başqa, kiçik iddiaların meyarları və kiçik iddialara münasibətdə sadələşdirilmiş prosedur qanunvericilikdə də təsbit edilib, həmçinin hakimlər arasında məhkəmə işləri avtomatik və təsadüfi olaraq bölüşdürülməsi nəticəsində işlərin icra prosesi də əhəmiyyətli dərəcədə sürətlənib.