Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

2020.09.23 18:55 (UTC+04:00)

Yanvar-avqust aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 5211,6 kiloqram olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb.

Sentyabrın 1-nə 428,2 kiloqram hazır məhsul ehtiyatı qalıb.