Sentyabrın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101383S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 947 milyon 581 min manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar oktyabrın 21-də ödəniləcək.