Hindistan polad ixracı üçün vergi güzəştlərini azaldacaq

2020.09.24 14:19 (UTC+04:00)

Hazırda Hindistanda polad məhsullarının ixracına tətbiq olunan rüsum və verginin dərəcəsi 2,5-3 faiz təşkil edir. Mətbuatda yayılan xəbərlərə əsasən, hökumət bu göstəricini 1,5 faizə endirmək barədə qərar qəbul edib. Ölkənin bazar iştirakçıları isə bunun əksini – hökumətin qərarından sonra polad məhsullarının ixrac qiymətlərinin artacağını gözləyirdilər.

Dünya Ticarət Təşkilatının rəhbər prinsiplərinə uyğun olaraq plan bu ilin sonundan qüvvəyə minəcək.