Kәnd tәsәrrüfatı mәhsullarının istehsalçı qiymәtlәri indeksi 99,5 faiz olub

2020.09.23 12:59 (UTC+04:00)

Bu ilin avqustunda iyul ayı ilә müqayisәdә kәnd tәsәrrüfatı mәhsullarının istehsalçı qiymәtlәri indeksi 99,5 faiz, o cümlәdәn bitkiçilik mәhsulları üzrә 98,7 faiz, heyvandarlıq mәhsulları üzrә 100,2 faiz tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, avqust ayı әrzindә meşә tәsәrrüfatı mәhsullarının istehsalçı qiymәtlәri indeksi 100,6 faiz, balıq vә digər balıqçılıq mәhsullarının istehsalçı qiymәtlәri indeksi isə 100,3 faiz olub.