Muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 840 milyon manatı ötüb

2020.09.23 12:41 (UTC+04:00)

Muxtar respublikada 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 840 milyon 976 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 4 min manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 758 milyon 415 min 700 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.