Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,67 dollar artaraq 42,12 dollar təşkil edib.
Qeyd edək ki, koronavirusa yoluxma hallarının artmasına dair narahatlıqlar, bəzi ölkələrdə əlavə məhdudiyyətlərin tətbiqi və özəl sektorun məlumatlarına əsasən ABŞ-da neft ehtiyatlarının azaldığının açıqlanması fonunda “qara qızıl”ın qiyməti həftənin əvvəlindən azalır. Belə ki, qiymətdə təxminən iki həftədəki ən kəskin enmə müşahidə olunub və 39 dollar/barel civarındadır.
Səudiyyə Ərəbistanı bazarı qoruyacağını elan etdikdən sonra neft qiymətləri keçən həftə 10 faiz artmışdı.