Kənd təsərrüfatı məhsullarının istehsalı 3,6 faiz artıb

2020.09.23 10:58 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında muxtar respublikada 323 milyon 769 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 14 min 779 ton, süd istehsalı 69 min 98 ton olub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı isə 1,4 faiz artıb.