Xaricə təbii qaz satışı 17,6 faiz artıb

2020.09.22 12:17 (UTC+04:00)

Yanvar-avqust aylarında Azərbaycandan xaricə təbii qaz satışı 8,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çoxdur.

Energetika Nazirliyindən verilən məlumata görə, bu ilin 8 ayında 2019-cu ilin eyni dövrünə nisbətən Türkiyəyə 25,3 faiz çox, yəni 7,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,5 milyard kubmetr olub.