Azərbaycan təbii qaz hasilatını 9 faizədək artırıb

2020.09.22 10:52 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda 8,7 faiz, yəni 2 milyard kubmetr artımla 25,1 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, qaz hasilatının 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 12,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 milyard kubmetr qaz hasil olunub.