Milli İxrac Strategiyası layihəsi sahibkarlarla müzakirə edilib

2020.09.21 17:56 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Milli İxrac Strategiyası layihəsinin sahibkarlar üçün onlayn təqdimatı keçirilib.

AZPROMO-dan bildirilib ki, fondun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Milli İxrac Strategiyası barədə məlumat verib. Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, sənəd layihəsi ilə bağlı təkliflər dinlənilib, müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan Milli İxrac Strategiyası Azərbaycanda ixraca yönəlmiş iqtisadi inkişafın, o cümlədən ixracın təşviqi və hüquqi tənzimlənməsinin, həmçinin şirkətlərin ixraca istiqamətləndirməsi üçün əsas siyasət çərçivəsini müəyyən edəcək.