“AzerGold”un istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2020.09.22 10:03 (UTC+04:00)

Sentyabrın 24-də Bakı Fond Birjasında (BFB) “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunacaq.

BFB-dən bildirilib ki, “AzerGold”un istiqrazlarının birinci tranş üzrə 10 milyon dollar həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 100 min ədəd, nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 4 faiz, tədavül müddəti 3 ildir. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirilib.