Xarici müəssisələr əsas kapitala 3 milyard manatdan çox vəsait yönəldib

2020.09.21 12:10 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında xarici müәssisә vә tәşkilatlar tәrәfindәn әsas kapitala 3 milyard 326,4 milyon manat vәsait yönәldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ölkәlәr vә beynәlxalq tәşkilatların vәsaitlәri hesabına әsas kapitala yönәldilmiş vәsaitin 2 milyard 903,2 milyon manatı (87,3 faizi) Birlәşmiş Krallıq, ABŞ, Türkiyә, Yaponiya, İsveçrә, Malayziya, Norveç, Rusiya vә İran sәrmayәdarlarına mәxsus olub.