Tikinti sektoruna investisiyalar artıb

2020.09.21 10:05 (UTC+04:00)

2020-ci ilin yanvar-avqust aylarında tikinti sektorunda bütün mənbələr hesabına əsas kapitala yönələn vəsaitlərin ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox – 8 milyard 682 milyon 400 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin məbləğin 5 milyard 829 milyon 500 min manatı mәhsul istehsalı sahәlәrinә, 2 milyard 30 milyon 600 min manatı isə xidmət sahələrinə yönəldilib. Əsas vəsaitlərin 822,3 milyon manatı yaşayış evlərinin tikintisinə sərf olunub. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Nəticədə ilin ilk 8 ayında ölkədə ümumilikdə 2921,6 kvadratmetr həcmində yaşayış evləri, eləcə də 400 çarpayılıq xəstəxana, bir növbədə 30 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verilib.

İstifadәyә verilmişdir:

2020-ci ilin yanvar-avqust

aylarında

2019-cu ilin müvafiq

dövrünә nisbәtәn

(müqayisәli qiymәtlәrlә), faizlә

Yaşayış evlәri, ümumi sahә, min kvadrat metr

2921,6

83,7

Xәstәxanalar, çarpayı

400

62,5

Ambulatoriya-poliklinika müәssisәlәri, bir növbәdә gәlişlәrin sayı

30

85,7

Әsas kapitala yönәldilmiş vәsaitlәr, milyon manat

8682,4

100,7

mәhsul istehsalı sahәlәrinә

5829,5

104,7

xidmәt sahәlәrinә

2030,6

90,3

yaşayış evlәrinin tikintisinә

822,3

101,4

Ümumi vәsaitdәn tikinti-quraşdırma işlәrindә istifadә edilmişdir

5349,7

93,1