Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb

2020.09.19 14:58 (UTC+04:00)

Bu il Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, cari ildə idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 1 milyard 66,7 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.

Qeyd edək ki, 8 ayda ölkədə idxalın dəyəri 6 milyard 690,5 milyon dollar olub.