Metallurgiya sәnayesi 2,3 dәfә artıb

2020.09.18 17:50 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında metallurgiya sәnayesi vә hazır metal mәmulatlarının istehsalı sahәlәrindә 433,1 milyon manatlıq mәhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sözügedən müddət ərzində metallurgiya sәnayesindә 2,3 dәfә artım, hazır metal mәmulatlarının istehsalı sahәsindә isә 3,8 faiz azalma müşahidә olunub.

Bu dövrdə, həmçinin sahә üzrә 22 min 365,5 ton qara metaldan digər konstruksiyalar istehsal edilib.