"Standart Insurance" sığorta şirkətinin müştərilərinə kompensasiya ödənişinə başlanıb

2020.09.18 13:55 (UTC+04:00)

Mərkəzi Bankın qərarı ilə "Standard Insurance" sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci ildə qüvvəyə minmişdir. Qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu (İSB) şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına başlayıb. Artıq müştərilərə kompensasiyalar ödənilir və təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.