Səkkiz ayda hәr bir ölkә sakini 438,5 manatlıq müxtәlif ödәnişli xidmәtlәrdәn istifadә edib

2020.09.18 18:53 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında әhaliyә göstәrilmiş ödәnişli xidmәtlәrdәn әldә olunan gәlir ötәn ilin eyni dövrü ilә müqayisәdә 24 faiz azalaraq 4 milyard 369,8 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, azalma koronavirus infeksiyasının yayılmasının qarşısını almaq mәqsәdilә ölkәnin rayon vә şәhәrlәri arasında vәtәndaşların sәfәrlәrinә qoyulan mәhdudiyyәtlәrin tәsiri nәticәsindә cari ilin mart, aprel, may, iyun, iyul vә avqust aylarında sәrnişin daşınmasında müşahidә olunan ciddi azalmalar, hәmçinin bir sıra xidmәt sahәlәrinin fәaliyyәtinә qoyulmuş mәhdudiyyәtlәrlә әlaqәdardır.

Hüquqi şәxslәr tәrәfindәn әhaliyә 3 milyard 312 milyon manatlıq xidmәt göstәrilib ki, bu da xidmәtlәrin ümumi dәyәrinin 75,8 faizinə bərabər olub.

Səkkiz ayda hәr bir ölkә sakini orta hesabla 438,5 manatlıq vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә nominal ifadәdә 137,2 manat az müxtәlif ödәnişli xidmәtlәrdәn istifadә edib.