2020-ci ilin yanvar-avqust aylarında ölkәdә fәaliyyәt göstәrәn müәssisә, tәşkilat vә fәrdi sahibkarlar tәrәfindәn 46 milyard manatlıq ümumi daxili mәhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdә iqtisadiyyatda istehsal olunan әlavә dәyәrin 35,2 faizi sәnaye, 11,2 faizi ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri, 7,6 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 7,2 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq, 6,1 faizi tikinti, 2 faizi informasiya vә rabitә, 1,3 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә sahәlәrindә, 19 faizi isә digәr sahәlәrdә əldə olunub. Mәhsula vә idxala xalis vergilәr ÜDM-in 10,4 faizini tәşkil edib. Әhalinin hәr nәfәrinә düşәn ÜDM 4611,7 manat olub.
2020-ci ilin yanvar-iyul aylarında dövlәt büdcәsinin gәlirlәri әvvәlki ilin eyni dövrü ilә müqayisәdә 12,1 faiz artaraq 14 milyard 42,4 milyon manata çatıb. Daxilolmaların 20,70 faizi әlavә dәyәr vergisi, 12,18 faizi hüquqi şәxslәrin mәnfәәt (gәlir) vergisi, 4,72 faizi fiziki şәxslәrin gәlir vergisi, 4,67 faizi xarici iqtisadi fәaliyyәtlә bağlı vergilәr, 3,47 faizi aksizlәr, 1,42 faizi sadәlәşdirilmiş vergi, 1,76 faizi vergilәrin digәr növlәri, 51,08 faizi isә vergi olmayan gәlirlәr hesabına tәmin edilib.
Dövlәt büdcәsinin gәlirlәri
|
2020-ci ilin yanvar-iyul ayları, milyon manat |
yekuna görә faizlә |
ÜDM-dә payı, faizlә |
Gәlirlәr – cәmi |
14042,42 |
100,0 |
35,10 |
o cümlәdәn: Fiziki şәxslәrin gәlir vergisi |
662,74 |
4,72 |
1,66 |
Hüquqi şәxslәrin mәnfәәt (gәlir) vergisi |
1710,62 |
12,18 |
4,27 |
Torpaq vergisi |
12,39 |
0,09 |
0,03 |
Әmlak vergisi |
102,51 |
0,73 |
0,26 |
Әlavә dәyәr vergisi |
2906,73 |
20,70 |
7,26 |
Sadәlәşdirilmiş vergi |
199,52 |
1,42 |
0,50 |
Aksiz |
487,75 |
3,47 |
1,22 |
Yol vergisi |
62,09 |
0,44 |
0,15 |
Mәdәn vergisi |
70,32 |
0,50 |
0,18 |
Xarici iqtisadi fәaliyyәtlә bağlı vergilәr |
655,60 |
4,67 |
1,64 |
Digәr daxilolmalar |
7172,15 |
51,08 |
17,93 |