Dünya Ticarət Təşkilatı (DTT) ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi əlavə gömrük vergilərinin ticarət qanunlarına zidd olduğu barədə qərarını açıqlayıb.
Açıqlamada qeyd edilib ki, ABŞ 2018-ci və 2019-cu illərdə Çindən idxal edilən 200 milyard dollar dəyərində məhsullara əlavə gömrük vergisi tətbiq etməsini "ictimai əhval-ruhiyyə" baxımından "Gömrük tarifləri üzrə ümumi saziş" (GATT) çərçivəsində "ədalətli" olduğunu göstərmişdi.
DTT-nin yaydığı açıqlamada əlavə gömrük vergilərinin təkcə Çin məhsullarına tətbiq olunduğu üçün GATT qaydalarına uyğunluğu iddiasının əsassız olduğu barədə qərar verdiyi və ABŞ-ın bu vergiləri tətbiq etməklə imtiyaz əldə etdiyi vurğulanıb. DTT-nin aidiyyəti orqanının ABŞ tərəfindən əlavə vergi tariflərinin tətbiqinin "ictimai əhval-ruhiyyəni yüksəltmək üçün atılan addım" olması barədə irəli sürülən dəlillərinin uğursuz olduğu və əsas kimi göstərilən mülahizələrin ədalətli olmadığı nəticəsinə gəldiyi qeyd edilib.