İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi keçirilib

2020.09.17 17:16 (UTC+04:00)

Sentyabrın 17-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zamanət Fondu” ASC–nin AZ2048008687 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil edib.

İstiqrazlar 2040-cı il aprelin 6-da ödəniləcək.