Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub

2020.09.17 13:30 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7 faiz artaraq 715,4 manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmәkhaqqı neft-qaz sektorunda 3509,6 manat, qeyri-neft-qaz sektorunda 654,8 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 628 manat, özәl müәssisәlәrdә isә 827,5 manat təşkil edib. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.