İndiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə 417 milyon ton Azərbaycan nefti nəql olunub

2020.09.17 16:47 (UTC+04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə bu vaxtadək 417 milyon ton Azərbaycan nefti nəql edilib.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Akademik bildirib ki, cari il sentyabrın 1-dək dünya bazarlarına 579 milyon ton Azərbaycan nefti çıxarılıb. Bunun da 162 milyon tonu Bakı-Supsa, Bakı-Novorossiysk və dəmir yolu ilə, 417 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunub.